Masallıda 12 –avqust-“Beynəlxalq Gənclər Günü” nə həsr olunmuş gənclər arasında “Xəmsə ” Milli İntellektual oyunu üzrə rayon açıq birinciliyi keçirilib.

14 Avqust 2019 12:12 (UTC+04:00)

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 –avqust-“Beynəlxalq Gənclər Günü” nə həsr olunmuş gənclər arasında “Xəmsə ” Milli İntellektual oyunu üzrə rayon açıq birinciliyi keçirilmişdir.

Tədbirin mükafatlandırma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman idarəsinin rəis müavini Oktay Mütəllimov iştirakçılara uğurlar arzulayıb, intellektual oyunların, o cümlədən “Xəmsə” yarışlarının yeniyetmə və gənclərin inkişafında mühüm yer tutduğunu bildirib. Həmçinin “Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında rayon açıq birinciliyi “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq bəndlərinə əsasən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7.-ci yarımbəndini icra etmək məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.
Maraqlı mübarizə şəraitdə keçən bilik yarışınında Masallı rayon komandaları ilə yanaşı Ləkəran şəhər komandası da mübarizə aparmışdır. Yarışın sonunda I yeri gənclərdən ibarət “Maximum” komandası , II yeri “Carpe Dien” komandası , III yeri isə “Yagermeister” komandası tutmuşdur.
Qalib komandalar Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.
Əlihüseyn Şükürov.