YEDDİ AYDA NƏ QƏDƏR BİNA QAZLAŞDIRILIB?

14 Avqust 2019 12:30 (UTC+04:00)

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq “Azəriqaz” İB bu fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə müəyyən tədbirlər görüb. Belə ki, bu ilin avqustun əvvəlinə qədər 179 bina üzrə 11786 mənzil, təkcə iyul ayında isə 35 bina üzrə 3072 mənzil qazla təmin olunub. Bu işlərin icrası çərçivəsində Birliyin əməkdaşları qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirib. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımı köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr