QAZ XƏTTİNİ AVTOMOBİLLƏ VURUB ZƏDƏLƏDİLƏR

14 Avqust 2019 13:10 (UTC+04:00)

Qusar rayonunun Balaqusar, Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini maşınla vurub zədələyiblər. Dünən axşam saat 16:50-dən həmin ərazinin qaz təchizatı daxildən dayandırılıb. Təmir-bərpa işləri müddətində ümumilikdə 615 abonentin qaz təchizatında fasilə yaranıb.