Tərtər rayonunda quldurluq hadisəsi baş verib.
Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də rayon ərazisindəki evlərdən birinə girib ev sahibinə qarşı elektroşoker tətbiq etmiş və səsə-küyə gəlmiş atası müqavimət göstərdiyindən hadisə yerini tərk etmiş Ağdam rayon sakinləri V.Əliyev saxlanılıb. Onunla birlikdə olan daha 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.
Araşdırmalar davam etdirilir.