Qandonduran hadisə - İtin dərisinə bıçaqla...

14 Avqust 2019 15:30 (UTC+04:00)

Türkiyədə qandonduran hadisə baş verib

Movqe.az xəbər verir ki, amansız insanlar küçə itinin dərisini bıçaqla cızaraq “İt” sözünü yazıblar. Daha sonra sərt zərbələr endiriblər.

Hadisədən xəbər tutan məhəllə sakinləri iti baytara aparıb, sonra isə heyvanların qorunma fonduna təhvil veriblər. Fonddan xəbər verilib ki, adı Övlad qoyulan it özünü yaxşı hiss edir.