Qroznıda Müslüm Maqomayevin xatirəsinə beynəlxalq müsabiqə keçiriləcək

15 Avqust 2019 13:36 (UTC+04:00)

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, festivalın keçirilməsində məqsəd Maqomayevin yaradıcılığının təbliğ olunmasıdır. Müsabiqə yalnız “solo ifa” nominasiyası üzrə keçiriləcək. Yarışma 18-22, 23-27, 28-35 yaş kateqoriyaları arasında təşkil olunacaq. Müsabiqədə ikinci tura adlayacaq iştirakçılar Qran-Pri mükafatı uğrunda yarışacaq.