Pakistanda şiddətli yağışlar: 27 nəfər ölüb

15 Avqust 2019 14:44 (UTC+04:00)

Pakistanda yağan güclü yağışlar fəlakət və qəzalara səbəb olub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin təhlükəsizlik orqanları baş verən qəzalarda 27 nəfərin öldüyünü, 46 nəfərin xəsarət aldığını bildirib.

Qeyd edək ki, 16 saat davam edən güclü yağış sel və torpaq sürüşmələrinə səbəb olub. Evlərini tərk edə bilməyən insanların xilas olunması istiqamətində işlər davam etdirilir.