Azərbaycan Prezidenti Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verib

16 Avqust 2019 16:05 (UTC+04:00)

Azərbaycan Prezidenti Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsi haqqında Sərəncam imzalayıb. Movqe.az AZƏRTAC-a istinadən Sərəncamın mətnini təqdim edir:

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Abbas Sultan oğlu Xəlilova

general-mayor Ehram Arif oğlu Hacıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Ramin Sabir oğlu Bağırova

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova

1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə