Texniki Universitet yeni ERASMUS+K2 layihəsinin qalibi olub

16 Avqust 2019 16:18 (UTC+04:00)

 

Avropa Birliyinin ERASMUS+ K2 Ali təhsil-beynəlxalq potensialın əlaqələndirilməsi mərkəzinə təqdim edilən beynəlxalq qrant layihələrinin nəticələri elan olunub. 840- layihədən, 163 layihə qalib olub.

Qalib layihələr içərisində Azərbaycan Texniki Universitetinin (AzTU) də yer aldığı “Inovativ və davamlılıq prinsipləri ilə klasterlərin inkişafında təşəbbüs və iştirak etmənin universitetlərin potensialının artırılmasında rolu” - UniClaD adlı qrant layihəsi qalib elan edilib.

Litvanın Kaunas Tədbiqi Elmlər Universitetinin koordinatorluğu ilə yerinə yetiriləcək layihədə Azərbaycan və Moldava ilə yanaşı AB-dən İtaliya, Macarıstan, İspaniya, Litva, Polşa və Avstriya universitetləri iştirak edəcək. Layihə 2019-cu ilin noyabr ayından fəaliyyətə başlayacaq və 3 il davam edəcək.

Qeyd edək ki, ümumi büdcəsi 985, 255.00 avro olan layihənin məqsədi partnyor ölkə universitetlərində ali təhsilin idarə edilməsi, palanlaşdırma, maliyyə imkanları, idarəcilik, klasterlərinin yaradılması və s. inkişaf etdirməkdir.