Bu il Azərbaycandan 31,3 min ton alüminium ixrac olunub

17 Avqust 2019 19:50 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında ölkədən 31 min 299 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Movqe.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövründə ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 62 milyon 787 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 77 milyon 764 min dollarlıq 33 min 601 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.