İstanbulda güclü yağış daşqına səbəb olub, 1 nəfər ölüb

18 Avqust 2019 08:02 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində daşqınlar nəticəsində azı bir nəfər həyatını itirib.

"Hürriyet Daily News" xəbər verir ki, yağışlar avqustun 17-də başlayıb və günorta satlarında güclənib.

Nəticədə İstanbulun bir neçə rayonunu su basıb. Bundan əlavə, dəmir yolu əlaqəsi kəsilib və Bosfordan keçən gəmilərin işində problem yaranıb.