Türkiyə çempionatında “Sivasspor” "Beşiktaş"ı darmadağın edib

18 Avqust 2019 08:51 (UTC+04:00)

Türkiyə Super Liqasında ilk tur davam edir.

İkinci oyun günündə üç qarşılaşma keçirilib.

İddialılardan “Beşiktaş” “Sivasspor”un qonağı olub. Meydan sahibləri rəqibini üç cavabsız qolla darmadağın ediblər.

Digər oyunlarda qonaqlar seviniblər. “Rizəspor” “Gənclərbirliyi”ni, “Alanyaspor” “Kayserispor”u məğlubiyyətə uğradıb.

Qeyd edək ki, tura avqustun 19-da yekun vurulacaq.

Türkiyə Super Liqası


I tur


17 avqust


“Gənclərbirliyi” – “Rizəspor” – 0:1
Melnyak, 66
“Kayserispor” – “Alanyaspor” – 0:1
Sisse, 86
“Sivasspor” – “Beşiktaş” – 3:0
Yandas, 30, Yatabare, 54, Kılınc, 76