Fransada bazar yanıb - sakinlər təxliyə edilib

18 Avqust 2019 16:40 (UTC+04:00)
Parisdə şəhərin ətrafında yerləşən Levallua-Perre şəhərindəki bazarda yanğın baş verib. Trend-in məlumatına görə, şəhər hakimiyyəti yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə etməyi tövsiyə edib. Bildirilir ki, "Anri-Barbyus" bazarında güclü yanğın baş verib. Həmin bazar "Qabriel-Peri" idman mərkəzinin yaxınlığında yerləşir. Yanğınsöndürmədə 160 yanğınsöndürən iştirak edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.