Cəbəllütariq ABŞ-ın "Grace1" İran tankerinin saxlanılması tələbini rədd edib

18 Avqust 2019 20:58 (UTC+04:00)
Cəbəllütariq Vaşinqtonun "Grace1" İran tankerinin həbs müddətinin uzadılması tələbini rədd edib. Movqe.az-ın məlumatına görə, bu barədə ölkə hakimiyyətinin bəyanatında deyilir. Bildirilir ki, Aİ qanunvericiliyinin əhatə dairəsi daha dardır və gəminin daha sonra tutulması üçün heç bir əsas yoxdur: "Hakimiyyət Avropa İttifaqı qanunvericiliyinin qüvvədə olduğunu üçün və Aİ və ABŞ-da İrana qarşı tətbiq edilən sanksiyalardakı fərqlərə görə tələblərin icrasını tələb edə bilməz".