8-ci mərtəbədən düşə bilmədi - Köməyə FHN gəldi

18 Avqust 2019 19:30 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzilindən çıxarılaraq aşağı endirilməsi barədə müraciət daxil olub. Movqe.az xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsindən aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.