Vaqif Əsədov: "Yol polisinin yeni uniforması modern və xidmət aparmaq üçün daha rahatdır"

19 Avqust 2019 14:10 (UTC+04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Yol Patrul Xidməti əməkdaşlarına yeni uniformalar ver

İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Movqe-.az-a bildirib ki, yeni uniforma əvvəlki ilə müqayisədə daha səliqəli, modern və xidmət aparmaq üçün daha rahatdır.

Onun sözlərinə görə, hələlik yeni uniformalar Bakı şəhərində xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarına verilsə də, yaxın günlərdə respublika üzrə bütün yol polislərinə təqdim edilməsi gözlənilir.