Türkiyə ordusu Suriyanın Sarakib şəhərinə daxil oldu

19 Avqust 2019 14:17 (UTC+04:00)

Türkiyə qoşunları Suriyanın şimalındakı Sarakib şəhərinə daxil olub.

Movqe.az-ın  məlumatına görə, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi açıqlama verib.

Qeyd olunur ki, Türkiyənin zirehli texnikaları Xan-Şeyhun şəhəri istiqamətində hərəkət edir.

Silahlı qruplaşmaların nəzarət etdiyi Xan-Şeyhun şəhərinin Suriya ordusu tərəfindən mühasirəyə alındığı deyilir.