ABŞ bu ölkəyə daha dörd F-35 göndərir

19 Avqust 2019 22:00 (UTC+04:00)

Bu həftə ərzində daha dörd ədəd F-35A beşinci nəsil qırıcısı Cənubi Koreyaya göndəriləcək.

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Məlumata görə, həftənin cümə axşamı təyyarələr Çxoncudakı hərbi-hava bazasına enəcək.

Bununla da ABŞ-ın Cənubi Koreyaya verdiyi F-35 təyyarələrinin sayı 8-ə çatıb.