Azərbaycanda insanı sarsıdan hadisə - Qadın 34 yaşlı ərinin meyitini tapdı

20 Avqust 2019 20:40 (UTC+04:00)

Sabirabad rayonun Kürkəndi kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, dünən günorta saatlarında yaşadığı evin həyətindəki damda özünü asaraq intihar edən 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu ailəli, 2 uşaq atası olub.

Şəxsi təsərrüfatla məşğul olan Q.Əsədovun maddi sıxıntısı olmayıb və hər hansı ciddi problem barədə yaxınlarının məlumatı olmayıb.

Bildirilir ki, dünən günorta saatlarında saxladığı mal-qaraya baxış keçirən 34 yaşlı Qismət daha sonra damda özünü asıb. Onun meyitini həyat yoldaşı aşkarlayıb və qadın gördüklərindən sarsıntı keçirib.

Q.Əsədovun hər hansı məktubu, vida sözü aşkarlanmayıb.