Bakıda polisə həyəcan siqnalı daxil oldu – Oğru qadın tutuldu

21 Avqust 2019 20:35 (UTC+04:00)

Bakıda oğurluğa cəhd edən qadın tutulub.

Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş RMŞ-nin əməkdaşları tərəfindən ərzaq məhsulları və parfyumeriya oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynova saxlanılaraq 24-cü PŞ-yə təhvil verilib.

Araşdırma aparılır.