Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

22 Avqust 2019 12:40 (UTC+04:00)

Bir qədər əvvəl Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində (“20 Yanvar” dairəsi istiqaməti) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Movqe.az-a bildirilib ki, buna görə də, hazırda hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.