Joze Mourinyo PSJ-nin baş məşqçisi ola bilər

22 Avqust 2019 17:10 (UTC+04:00)

Fransanın PSJ klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Tomas Tüxeli istefaya göndərməyə hazırlaşır.

Goal.com saytı xəbər verir ki, buna səbəb yeni mövsümün startındakı uğursuz nəticələr və futbolçuların almaniyalı mütəxəssisin iş metodlarından narazılıq etmələridir.

Tuxeli portuqaliyalı Joze Mourinyonun əvəzləyəcəyi bildirilir.

Qeyd edək ki, Tuxel 2018-ci ilin yayından PSJ-yə rəhbərlik edir. Mourinyonun son iş yeri isə ötən ilin dekabrında tərk etdiyi İngiltərə "Mançester Yunayted"i olub.