Hollandiyada dünyanın ən böyük velosiped parkı istifadəyə verilib

22 Avqust 2019 18:04 (UTC+04:00)

 

Hollandiyanın Utrext şəhərində dünyanın ən böyük velosiped parkı istifadəyə verilib.

Velopark 12500 velosiped üçün nəzərdə tutulub. Hündürlüyü 350 metr olan üçmərtəbəli parkın birinci və üçüncü mərtəbələrində velosipedləri gündəlik əsaslarda saxlamaq olar. İkinci mərtəbədə isə 1800 nəfər velosipedini aylıq ödəniş əsasında saxlaya biləcək. Parka giriş və çıxış ictimai nəqliyyat kartı ilə mümkündür.