Azərbaycanlılar xaricə gedərkən dəmir yolu və avtomobillərdən daha çox istifadə edir

22 Avqust 2019 19:10 (UTC+04:00)

 

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmçinin xarici ölkələrə səfər edən vətəndaşlarımızın 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatına üstünlük verib.