Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb

23 Avqust 2019 10:22 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,94 ABŞ dolları və yaxud 1,47% azalıb.

Movqe.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,12 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.