Masallıda 6 otaqlı ev yanıb

23 Avqust 2019 11:07 (UTC+04:00)

Masallıda 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin dam örtüyünün, bir otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.