“İnterpol” xətti ilə axtarışda olan Almaniya vətəndaşı Azərbaycanda tutulub

23 Avqust 2019 11:41 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) tərəfindən “İnterpol” xətti ilə axtarışa verilmiş Almaniya vətəndaşı Bakıda tutulub.

Movqe.az-ın xəbərinə görə, 40 yaşlı Marko Mutninq Bakıda Heydər Əliyev Hava Limanında saxlanılıb.

Onun ekstradisiya olunacağı planlaşdırılır.