Səhiyyə Nazirliyi: Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəstəxanadan buraxılıblar

23 Avqust 2019 12:39 (UTC+04:00)

Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığındakı tikinti materialları bazarında baş verən yanğında xəsarət alaraq Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəstəxanadan buraxılıblar.

Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət edən yoxdur.