Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI

23 Avqust 2019 16:19 (UTC+04:00)


2019-cu ilin 6 ayı ərzində Rusiyadan Azərbaycana 2,1 min minik maşını ixrac olunub.

Rusiya KİV-i xəbər verir ki, ümumilikdə, bu ölkədən kənara maşın ixracı 37% artıb.

Azərbaycan maşın alıcıları arasında 4-cü pillədədir. İlk onluq aşağıdakı kimi formalaşıb:

1.Özbəkistan (4,3 min minik maşını)

2.Çexiya (4 min minik maşını)

3.Latviya (3 min minik maşını)

4.Azərbaycan (2,1 minik maşını)

5.Slovakiya (851 minik maşını)

Statistik məlumatda ixrac olunan maşınların modeli və qiyməti açıqlanmayıb.