Putin orduya təlimat verdi: “Hazır olun”

23 Avqust 2019 17:04 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçirdiyi raket sınaqlarına cavab olaraq orduya təlimat verdi.

Putin bu məqsədlə Təhlükəsizlik Şurasını toplayıb.

Prezident Putin nazirlərə ABŞ-ın raket sınağının yol açdığı təhdidləri araşdırmaq üçün də təlimat və “hazır olun” tapşırığı verib.

Xarici media qeyd edib ki, toplantı zamanı Putin “Rusiya silahlanma yarışına daxil olmaq istəmir” ifadəsini işlədib.