Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb

23 Avqust 2019 17:12 (UTC+04:00)

Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb.

Movqe.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən bir qrup şəxsin - Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb, digərlərinin cəzası isə azaldılıb.