Astarada ana uşaqları ilə birlikdə evdən qaçıb

23 Avqust 2019 20:43 (UTC+04:00)

 

Astarada ana uşaqları ilə birlikdə evdən qaçıb.

Movqe.az xəbər verir ki, avqustun 22-də rayonun Mecitməhəllə kənd sakini Hənifəyeva İradə Nəbi qızı Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Aytən Hənifəyevanın övladları ilə birgə yaşadığı evdən çıxıb getdiyini və bir daha geri dönmədiyini bildirib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.