Qəbələdə meşə yanır, əraziyə FHN-in helikopteri və təyyarəsi cəlb edilib

23 Avqust 2019 16:57 (UTC+04:00)

 

Qəbələdə meşə yanır.

Yanğın rayonun Solquca kəndində meşə massivində meydana gəlib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin bir helikopteri və bir təyyarəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.