Donald Tramp ticarət müharibəsindən usanmır

24 Avqust 2019 09:00 (UTC+04:00)

 

ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 250 milyard dollarlıq malın gömrük tariflərinin oktyabrın 1-dən etibarən 25 faizdən 30 faizə qaldırılacağını elan edib.

MÖVQE "South China Morning Post" qəzetinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların bu addımı Çinin ABŞ-dan gətirilən 75 milyard dollarlıq məhsulun rüsumlarının 10 faizədək artırılması barədə avqustun 23-də qəbul etdiyi qərara cavab xarakteri daşıyır.

Bundan başqa, ABŞ sentyabrın 1-dən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10 faiz rüsum tətbiq olunması barədə bir müddət əvvəl açıqladığı qərarına da dəyişiklik edərək, rüsumu 15 faizə qaldırıb.