Şimali Koreyadan buraxılan iki ballistik raket siyasi ab-havanı titrədib

24 Avqust 2019 10:51 (UTC+04:00)

 

Yaponiyanın Müdafiə naziri Takeşi İvaya avqustun 24-də səhər Şimali Koreya tərəfindən iki ballistik raketin buraxıldığını bildirib. Nazir vurğulayıb ki, Koreya Respublikasının Hərbi Xarakterli İnformasiyanın Mübadiləsi Barədə Müqavilənin (GSOMIA) müddətinin uzadılmayacağı haqqında xəbərdarlığına baxmayaraq, Yaponiya bu barədə kifayət qədər məlumat əldə edib.

MÖVQE xəbər verir ki, avqustun 24-də jurnalistlər qarşısında çıxış edən T.İvaya həmin raketlərin Koreya yarımadasının şərq hissəsindən yerli vaxtla saat 6:44-də və 7:01-də buraxıldığını bildirib.

Nazir, həmçinin deyib ki, raketlər Yaponiyaya məxsus iqtisadi zonaya daxil olan sulardan kənarda Yapon dənizinə düşüb.