"Ağıllı" şəhərlər üçün birləşdilər

24 Avqust 2019 11:09 (UTC+04:00)

 

Hindistan texnoloji şirkəti "Tech Mahindra" Qualcomm Techologies ilə tərəfdaşlığın qurulmasını elan edib.

Mövqe-nin məlumatına görə, Qualcomm Techologies "ağıllı" şəhərlər ilə bağlı həllər tapmaqla məşğuldur.

Şirkətlər enerji səmərəliliyinin artırılmasına yönəlmiş rəqəmsal həllər hazırlayacaqlar.

Tərəfdaşlığın əsas məqsədləri arasında ağıllı enerji idarəetməsi, ağıllı küçə işıqlandırması və sayğacların oxunmasının avtomatlaşdırılması və analizlərin təhlili üçün həllər kimi məsələlər var.