Ukraynadakı soydaşımız dövlət ordeni ilə təltif edilib

24 Avqust 2019 12:08 (UTC+04:00)

Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov “Şərəf” ordeni ilə təltif edilib.

MÖVQE Azərtac-a istinadən bildirir ki, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko soydaşımızı paytaxtın beynəlxalq aləmdə tanıdılmasında, mədəni, sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə bu medala layiq görüb.

Q.Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, ona verilən qiymət, bütövlükdə Azərbaycan xalqına göstərilən diqqətin bariz nümunəsidir. “Azərbaycan ilə Ukrayna arasında mədəni əməkdaşlığın inkişafı üçün birgə layihələrimiz davam edəcək”, - deyə Q.Abbasov əlavə edib.