İnkişaf etmiş iki ölkə ticarət müqaviləsi barədə razılığa gəlib

24 Avqust 2019 17:12 (UTC+04:00)

MÖVQE xəbər verir ki,  bu barədə Yaponiyanın işgüzar dairələri arasında populyarlığı ilə seçilən “Nikkei Shimbun” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, tərəflər arasında müvafiq razılaşma Yaponiyanın İqtisadi bərpa naziri Toşimitsu Moçeqi ilə ABŞ-ın ticari danışıqlar üzrə nümayəndəsi Robert Laythauzer arasında ötən cümə günü Vaşinqtonda keçirilən danışıqlar zamanı əldə edilib. Nəşrin məlumatına görə, Yaponiya ABŞ-dan ixrac edilən mal və donuz ətinə rüsumu azaltmağa, ABŞ isə yapon avtomobillərinə tətbiq edilməsi planlaşdırılan 2,5 faizlik rüsumu təxirə salmağa razılaşıb.

Xatırladaq ki, ABŞ və Yaponiya ticarət danışıqlarına T.Moçeqi və R.Laythauzerin iştirakı ilə apreldən yeni formatda başlayıb. İki ölkə arasında ticarət defisitinin ildə 57 milyard dollar təşkil etməsindən narazılığını bildirən ABŞ Prezident Donald Tramp administrasiyasının üzvlərindən bu vəziyyəti düzəltməyi tələb edib.