Moskva aeroportlarında 30-dan artıq reys təxirə salınıb və ya gecikir

25 Avqust 2019 11:00 (UTC+04:00)
Rusiyanın paytaxtı Moskvanın hava limanlarında 30-dan artıq reys təxirə salınıb və ya gecikir. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, saat 08:36 üçün "Vnukovo" hava limanında 1 reys gecikir, "Domodedovo" hava limanında isə 27 reys gecikir, 4 reys təxirə salınıb. Bildirilir ki, "Jukovski" və "Şeremetyevo" hava limanlarında gecikən və təxirə salınan reys yoxdur. Aviareyslərin gecikməsinin və təxirə salınmasının səbəbi barədə məlumat verilmir.