SON DƏQİQƏ: Azərbaycanda yas mərasiminin keçirildiyi ev uçdu - XEYLİ YARALI VAR

25 Avqust 2019 15:00 (UTC+04:00)
İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var. Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb. Kənddə yas mərasimi keçirilən iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.