"Hababam Sınıfı"nın məşhur aktyoru öldü - FOTO

25 Avqust 2019 17:30 (UTC+04:00)
"Hababam sınıfı" adlı məşhur filmin daha bir aktyoru dünyasını dəyişib. Aktyor Faruk Şavlı vəfat edib. Rejissorluğunu Ertem Eğilmezin etdiyi, Rıfat Ilgazın "Hababam sınıfı" 1975-ci ildə lentə alınıb. Bir çox məşhur aktyorun yer aldığı ekran işində Faruk Şavlı da rol almışdı. "Felaket Tellalı" ləqəbi ilə məşhurlaşan sənətçi Onur Akay aktyorun vəfatı haqda sosial şəbəkədə yazıb.