Türkiyə ordusu “Pəncə-3” əməliyyatında 15 terrorçunu məhv edib

26 Avqust 2019 09:31 (UTC+04:00)

Türkiyənin Milli Müdafiə Nazirliyi “Pəncə-3” əməliyyatında məhv edilən PKK terrorçularının sayının artdığını açıqlayıb.

Movqe.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində bildirilir.

Qeyd edilir ki, terrorçuların 4-ü hava əməliyyatında, 2-i atışma zamanı məhv edilib. Bununla da “Pəncə-3” əməliyyatında məhv edilən PKK terroçularının sayı 15 nəfərə çatıb.  

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sinat-Hafta bölgəsində “Pəncə-3” əməliyyatınabaşlayıb.