Türkmənistandan Bakı sakininə göndərilən bağlamadan qədim tüfənglər çıxıb

26 Avqust 2019 09:50 (UTC+04:00)

Bakı sakinindən 18-19-cu əsrə aid olan tüfənglər götürülüb.

Movqe.az xəbər verir ki, Bakı şəhər sakini 56 yaşlı V.Mirzəyevə Türkmənistandan bağlama göndərilib.

Həmin bağlamaya hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilən zaman oradan 18-19-cu əsrə aid antik əşyalar sırasına aid olan 3 ədəd tüfəng aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.