Bakıda “Moda və incəsənət” adlı silsilə ustad dərslərini keçiriləcək

27 Avqust 2019 11:19 (UTC+04:00)

Sentyabrın 7-də “Artım” layihə məkanında gənc modelyer-rəssam Əhməd Nəbiyev “Moda və incəsənət” adlı silsilə ustad dərslərini keçəcək.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, məşğələlər moda sənayesi sahəsində həm nəzəri, həm də praktiki biliklərin çatdırılmasını nəzərdə tutur.

Sentyabrın 27-dək davam edəcək məşğələlərdə moda sahəsinin xüsusiyyətləri, ixtisasların istiqamətləri və müxtəlifliyi haqqında məlumat veriləcək, dizayner ixtisası təhlil ediləcək. Bütün məşğələlərdə iştirak edənlərə sonda sertifikatlar təqdim olunacaq.

Tədbir yerli brend olan MMMDN-nin təsisçisi Fidan Sadıqla birlikdə keçiriləcək.