Dənizdə püskürən vulkandan zorla xilas oldular - VİDEO

31 Avqust 2019 19:14 (UTC+04:00)

Dənizdə vulkan püskürməsi zamanı qayıqdakı ailə zorla canını xilas edə bilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Siciliya sahillərində yerləşən kiçik Stomboli adasında olub.

Palçıq vulkanı qəfildən oyanıb, fısqıran palçıq dənizə axıb. Bu anda 19 yaşlı Elena Şiera ailəsi ilə birlikdə vulkanın püskürdüyü ərazidə yelkənli gəmidə olub.

O, hadisəni belə nəql edib: "Qəfil güclü uğultu səsi eşitdik və qara dumanın havaya qalxdığının gördük. Bu hadisə qayıqdan bir neçə metrə kənarda baş verirdi.

Qayığa nəzarəti əlində saxlayan atamın sayəsində ərazidən qaça bildik".