Ölüm xəbəri yayılan Cavan Zeynallı danışdı: ŞOK OLDUM - FOTO

4 Sentyabr 2019 11:05 (UTC+04:00)
Xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılıb. Bu barədə xəbəri prodüser və aparıcı Tarix Əliyev sosial şəbəkədə paylaşıb. İddiaya görə, Xalq artisti bu gecə 74 yaşında dünyasını dəyişib. Səhər 6-da dostum cazmen Tofiq zəng edib ki, Cavan, ölməmisən? Eşidəndə şok oldum. Bu sözləri Kult.az-a bu gün ölüm xəbəri yayılan xalq artisti Cavan Zeynallı deyib.