"Real Madrid"in keçmiş oyunçusu uşaq pornoqrafiyası yaymaqda günahlandırılır

4 Sentyabr 2019 18:25 (UTC+04:00)

"Real Madrid" futbol klubunun və Almaniya yığmasının keçmiş oyunçusu Kristofer Mettselder uşaq pornoqrafiyası yaymaqda günahlandırılır. Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, eks-idmançının sevgilisi ərizə ilə Hamburq polisinə müraciət edib. O, onlara uşaq pornoqrafiyasını əks etdirən 15 foto təqdim edib. Qadının sözlərinə görə, həmin fotoları onun telefonuna Mettselder göndərib.

Keçmiş oyunçunun telefon və kompüteri götürülüb. Mettselder saxlanılmayıb. İstintaqın davam etdirildiyi qeyd edilir. Hazırda sübutların toplanılması üzrə iş gedir.