Futbol tarixində növbəti ilk - gender bərabərsizliyi aradan qalxdı

5 Sentyabr 2019 21:16 (UTC+04:00)

Finlandiya Futbol Federasiyası verdiyi qərarla gündəmə düşüb.

Goal.az xəbər verir ki, federasiya qadın futbol yığması üzvlərinin kişilər qədər maaş alacağını açıqlayıb. Heç-heçə və qələbəyə görə olan mükafatlar da eyni olacaq.

Bu futbol tarixində ilk belə haldır. Uzun müddətdir futbolda gender bərabərliyinin pozulması, qadın və kişi futbolçuların qazancı arasındakı kəskin fərq müzakirə olunurdu.