Ağır qəzaya düşən azərbaycanlı müğənninin qardaşı BU HALDADI - FOTO

6 Sentyabr 2019 21:30 (UTC+04:00)

Müğənni Ayan Babakişiyevanın qardaşı Samirin keçən ay Türkiyədə ağır avtomobil qəzasına düşdüyü barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, müğənni qardaşının son halı və komaya düşməsi barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Ayan İnstaqram hesabından qardaşının son halını əks etdirən fotosunu paylaşaraq "Canım əkizim, artıq yavaş-yavaş ayağa qalxırsan. Mənim əzizlərim, qardaşım qəzadan sonra komada olmayıb, sadəcə, çox ağır və ölümdən dönüləcək qəza oldu. Şükür bu günümüzə ki, Samirimizi Allah bizə bağışladı. Bəzi insanlar yazmasın burada "Qardaşı komadadı, sən əylənirsən""şərhini yazıb.