Oğurluğa görə tutulan Bakı sakininin digər cinayətləri üzə çıxdı

7 Sentyabr 2019 18:11 (UTC+04:00)

Oğurluğa görə tutulan Bakı sakininin digər cinayətləri üzə çıxıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş M.Əhmədovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini T.Kamilovun pulunu və sənədini, 1 həyətyanı sahədən məişət əşyası, 2 avtomobildən pul və telefon, habelə təmir-tikinti aləti oğurlaması da müəyyən edilib.